Mebeli özünüz sökməyə çalışmayın
Yanlış sökülən mebel ya zədələnir, ya da sonradan düzgün yığılmır. Ustalarımız müxtəlif tip mebellə işləyir və hissələri təhlükəsiz şəkildə ayırır.
Bu yanaşma köç zamanı itki riskini azaldır. Eyni hissələr yeni ünvanda ardıcıllıqla yenidən qurulur.
Usta nə edir?
- Mebel sökülməsi (vida, dübel, bənd)
- Qablaşdırma — hər hissə ayrıca
- Yeni ünvanda yenidən yığılma
- Mətbəx mebeli montajı
- Texnika qoşulması
- Lövhə, rəf, ayna asılması
Köçdən sonra ev tez hazır olur
Daşınma bitən kimi usta işi başlayır. Şkaflar, çarpayı və əsas məişət hissələri qısa vaxtda qurulur. Bu da sizin həmin gün normal həyata qayıtmanızı asanlaşdırır.
Tez-tez soruşulan suallar
Yalnız usta lazımdır, daşınma yox.
Olur — yalnız montaj və demontaj xidməti də göstəririk.
Mətbəx mebeli yığırsınız?
Bəli, korpus mebel montajı xidmətimizə daxildir.
Neçə usta gəlir?
İşin həcminə görə 1-3 usta. Əvvəlcədən razılaşdırılır.
Alət sizdədir?
Bəli, bütün alətlər bizdədir.
Sökülmüş mebeli yenidən yığa bilmirəm.
Zəng edin — usta gəlib yalnız yığma da edə bilər.